Lor kurabiyə resepti

10 Mart 2019
2 545
0
Lor kurabiyə resepti
Tərkibi:
1 yumurta,
1 yumurtanın sarı
1 stəkan toz şəkər,
yarım stəkan duru yağ,
14 şorba qaşığı un,
2 paket qabartma tozu,
300 q qəhvəaltılıq duzsuz lor,
1 limonun rəndələnmiş qabığı,

Üzəri üçün:
1 yumurtanın ağı,
1 stəkan şəkər tozu,

Hazırlanması:
Yumurta və yumurta sarısını çırpıb şəkər tozunu da əlavə edin. köpüklənənə qədər 2 dəqiqə çırpın. Yağ, pendir və limon qabığı rəndəsini əlavə edin.
Pendiri yedirincəyə qədər əlinizlə qarışdırın.
Un və qbartma tozunu əlavə edib yumşaq bir xəmir halına gələnə qədər yoğurun.
Bir az yumşaq bir xəmir olacaqdır.
Əlinizə yapışarsa əlinizi aradabir isladın yaxud da un vurun.
Xəmiri soyuducuya qoyun və 20 dəqiqə saxlayın.
Fırını 180 dərəcəyə yaxın ayarlayın.
Qoz böyüklüyündə kündələr hazırlayın.
Hər kündənin bir üzünü əvvəlcə çırpılmış yumurta ağına, sonra toz şəkərə batırıb yağlı kağız sərilmiş fırın sinisinə aralı düzün.
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 15-17 dəqiqə bişirin.
Azacıq qızarana yaxın fırından alıb soyumağa qoyun.
Kurabiyələr soyuyunca sinidən alıb servis edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.