Piona Keksi Resepti

03 Mart 2019
1 329
0
Piona Keksi Resepti
Tərkibi:
Keks üçün:
Yumurta- 2 ədəd
Şəkər tozu – yarım stəkan
Duru yağ – yarım stəkan
Un – 1 stəkan
Qabartma tozu – 1 paket
Vanil – 1 paket
Kakao – 2 x/q.

Keksi islatmaq üçün:
Süd – 1,5 stəkan
Kakao – 2 x/q.

Krem üçün:
Süd – 3 stəkan
Şəkər tozu – 1 stəkan
Un – 1 stəkan
Duru krem – 200 ml.

Üstü üçün:
Kakao

Hazırlanması:
Əvvəlcə keksi hazırlayırıq. Yumurta və şəkər tozunu yaxşıca qarışdırırıq.
Digər inqredientləri də əlavə edərək, keksin xəmirini hazır edirik.
175 dərəcədə isidilmiş sobanın tavasını yağlayıb, xəmiri tökürük.
Və elə həmin dərəcədə də 20-25 dəqiqə ərzində bişiririk.
Keks bişən zaman kremini hazırlayırıq.
Süd, şəkər tozu və unu qazana töküb, qarışdıra-qarışdıra bir qədər bərk hal alana qədər bişiririk.
Sonra soyumağa qoyuruq.
Bişən keksi sobadan çıxardıb, üzərinə süd və kakao qarışığını gəzdiririk.(Bu xəmiri islatmaq üçündür).
Bir qədər soyumuş kremə duru kremi də əlavə edib, mikserlə yaxşıca qarışdırırıq.
Sonra keksin üstünə tökərək, yayırıq. Ən sonda keksin üstünə kakao səpirik.
Sonra soyuducuya qoyub, bir neçə saat gözləyirik.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.