Ürək formasında tort resepti

14 mart 2019
385
0
Ürək formasında tort resepti
Tərkibi:
4 yumurta,
1 su stəkanı şəkər,
1 su stəkanı un,
1 paket qabartma tozu,
2 yemək qaşığı kakao,
1 su stəkanı süd,
2 ədəd banan (ortasına qoymaq üçün),
1 su stəkanı su və 2 şorba qaşığı toz şəkər (islatmaq üçün),
2 paket krem şanti,
1 paket vanilya,
2 su stəkanı soyuq süd (krem üçün),

Hazırlanması:
Dərin bir qabda yumurtaları sındırın.
Sındırdığınız yumurtaların üzərinə şəkəri əlavə edib yaxşıca çırpın.
Yumurta və şəkər tamamən qarışdıqdan sonra üzərinə un, qabartma tozu, kakao və süd əlavə edib qarışdıraraq keks xəmirinizi hazırlayın.
Keks xəmirimiz hazırdır.
Əvvəlcədən fırını qızdırın ki, keksiniz yaxşı qabarsın.
Keks qəlibini yağlayaraq keks xəmirini onun içinə əlavə edin.
Bişməyə qoyun.
Keksin bişib bişməməsini bir kürdanla yoxlayın.
Keksiniz bişdikdən sonra keksin qəlibdə soyumasını gözləyin.
Keks soyuduğu müddət ərzində keksin şərbətini hazırlayın.
Su və şəkərlə hazırladığınız şərbəti soyuduqdan sonra keksin üzərinə gəzdirib keksi isladın.
Bir gecə qaldıqdan sonra vanilin və bir stəkan soyuq südü krem şantiyə əlavə edib qarışdırın .
Keks tabağında ortadan ikiyə böldüyünüz keksin alt hissəsini qoyun və üzərinə krem şanti yayın, dilimlədiyiniz bananlardan qoyun.
İkinci keksi də əlavə edib üzərini qalan krem şanti ilə və qırmızı rəngli ürəklər ilə bəzəyin.

Nuş olsun!
Şərh Yaz