Şabalıd unlu keks Resepti

23 Mart 2019
1 255
0
Şabalıd unlu keks Resepti
Tərkibi:
3 ədəd yumurta,
1 su stəkanı şəkər tozu,
1 su stəkanı maye yağ,
1 su stəkanı süd,
1 paket qabartma tozu,
1 paket vanilin,
500 q şabalıd unu,

Hazırlanması:

Dərin bir qabda yumurtaları sındırın.
Sındırdığınız yumurtaların içərisinə şəkər tozunu əlavə edin.
Bu qarışığı mikserin köməyi ilə yaxşıca çırpın.
yumurta və şəkər tozu tamamən qarışdıqdan sonra onların üzərinə yağ və süd əlavə edərək bir az yenidən qarışdırın.
Qarışdırdıqdan sonra içərisinə şabalıd unu və qabartma tozunu da əlavə edin.
Quru ərzaqları da əlavə edərək taxta qaşıq və ya şpatulanın köməyi ilə ərzaqları yaxşıca qarışdırın .
Fırın sinisini yaxşıca yağlayın.
Yağladığınız fırın sinisinə hazırladığınız qarışığı tökün.
Əvvəlcədən 200 dərəcə qızdırdığınız fırında 10 dəqiqə bişirin.
10 dəqiqə sonra isə fırının temperaturunu 180 dərəcəyə endirin.
40 dəqiqəyə yaxın bişdikdən sonra keksin bişməsini kurdanla yoxlayın.
Keks bişmişdirsə fırından çıxardaraq soyumağa qoyun.
Tamamən soyuduqdan sonra qəlibdən çıxardın.
Soyuq halda servis edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.