Balıqlı börək resepti

20 Mart 2019
1 127
0
Balıqlı börək resepti
Tərkibi:
2 ədəd hazır yuxa,

Yuxa sosu üçün:

3 ədəd yumurta,
1 stəkan süd,
2 yemək qaşığı duru yağ,

Börəyin içi üçün:

1 stəkan ispanaq,
2 diş sarımsaq,
1 ədəd pomidor,
1 ədəd quru soğan (yeməklik incə doğranmış),
1 yemək qaşığı kərə yağı,
1 çay qaşığı duz,
1 çay qaşığı istiot,
250 qr qılçıqsız bir balıq,


Hazırlanması:




Əvvəlcə orta boy bir qazana yağı qoyun.
Yağ əriyər əriməz sarımsaq və incə doğranmış soğanları əlavə edərək qovurmağa başlayın.
Soğanlar azca qızaran kimi çox incədoğradığınız balıqları qoyub ən az 5-6 dəqiqə qovurun.
Üzərincə incə doğranmış ispanaq və pomidiru əlavə edib duz və istiotunu da səpin.
Bütün ərzaqları qarışdıraraq bir yerdə 7-8 dəqiqə bişirib ocağı söndürün.
Artıq börəyin iç xərci hazırdır.
Börəyi hazırlamaq üçün birinci yuxanı dəzgahın üzərinə sərin.
Üzərinə bir qabda hazırladığınız yuxa üçün olan sosun yarısını gəzdirin.
Mümkünsə tort fırçası ilə hər tərəfinə yayın.
Sonra yuxaların kənarlarını içəriyə doğru qatlayaraqbir kvadrat şəkilli yuxa əldə edin.
Bu kvadrat şəkilli yuxanı 10-12 sm-lik xətlər şəklində kəsin.
Balıqlı xərcinizdən bir xörək qaşığı qoyaraq üçbucaq şəklində bükün.
Əgər belə hazırlaya bilmirsinizsə kənarlarını içə doğru qatlayaraq qalın siqara börəyi şəklində də bükə bilərsiniz.
Eyni bükmələri bütün yuxalara da tətbiq edin.
Bütün börəklərin üzərinə artan xərcdən çəkin.
İstəsəniz yumurta da çəkə biləırsiniz.
Fırın sinisini yağlayaraq aralıqlı halda börəkləri siniyə düzün.
Fırını 175 dərəcəyə ayarlayaraq orta gözünə yerləşdirdiyiniz börəkləri 25 dəqiqə bişirin. İsti-isti servis edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.