Üzüm alma qarışımlı rulon keks resepti

06 Ekim 2021
1 600
0
Üzüm alma qarışımlı rulon keks resepti
Tərkibi:
3 yumurta
1 Su stəkanı şəkər tozu
1 su stəkanı ilıq süd
1 paket qabartma tozu
1 paket vanil
2 su stəkanı un

Qarışım üçün:
5 ədəd orta ölçüdə alma
1 su stəkanı quru üzüm
2 yemək qaşığı darçın
Yarım çay stəkanı şəkər tozu
1 yemək qaşığı kərəyağı soba kağızını yağlamaq üçün

Hazırlanması:
Əvvəlcə almalar soyulub yuyulur və rəndələnir suyu sıxılmış almalar orta ölçüdə bir qazana qoyulur üzərinə quru üzüm və şəkər əlavə olunur və orta temperaturda aradabir qarışdırılır.
Suyunu yaxşıca çəkib bişən almalı qarışıma darçın əlavə olunur və yaxşıca qarışdırılıb soba kağızı sərilir və kərəyağıyla yağlanan soba qabına isti ikən boşaldılır və bərabər şəkildə yaxşıca düzləndirilir və soyumağa qoyulur.
Digər tərəfdə keks ərzaqları hazırlanır yumurta və şəkər mikserlə krem halına gələnəcən çalınır və süd əlavə olunur yenə qarışdırılan ərzağa yavaş yavaş ələnmiş un vanil və qabartma tozu əlavə olunub yaxşıca mikserlə qarışdırılır və soyuyan ərzağın üzərinə bərabər şəkildə tökülür.
185 dərəcədə isidilmiş sobada çəhrayı oluncaya qədər bişirilir.
Sobadan çıxan keks isti ikən rulon şəklində bükülür soyumağa qoyulur soyuyan keks dilimlənir və servis edilir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.