Ətli tart - Resept

24 Mart 2019
925
0
Ətli tart - Resept
Tart dediyimizdə axlımıza ilk öncə almalı, çiyələkli gəlir. Amma bol kərə yağlı ağızda dağılan bu gözəllər gözəli xəmirin duzlusunu yapıb,içinə kiçik-kiçik doğranmış ət parçaları və rəngləndirmək üçün ən gözəl tərəvəzləri əlavə etməkdən də məhrum bıraxamazdıq özümüzü.

Bol kərə yağı alması səbəbindən ilk dişləmədə ağızda dağılma qarantisi verən bu mükəmməl resepti bir dəfə hazırladığınızda tez-tez hazırlamaq üçün səbirsizlənəcəksiniz belə. Ət yeməyinin yanında çörək yemək istəməyənlər ancaq xəmirdən də vaz keçə bilməyənlər üçün Feat.Az saytı bu resepti təqdim edir.


8 nəfərlik,
25 dəqiqəyə hazırlanır,
20 dəqiqəyə bişir


Lazım olan ərzaqlar:
Tart xəmiri üçün:

250 q un,
125q kərə yağı,
1 ədəd yumurta,
1 yemək q aşığı duz
İçərisi üçün:
250q quşbaşı dana döş əti,
1 yemək qaşığı kərə yağı,
1 su stəkanı bişmiş yaşıl noxud,
2 ədəd kök,
1 ədəd kartof,
1şirniyyat qaşığı duz,
1 çay kqşığı istiot


Hazırlanma qaydası:
Tart xəmiri üçün:

Unu geniş bir qaba ələyin.
Kərə yağını barmaq ucu ilə xəmirə yedirin.
Soyuq kərə yağı istifadə etmək tart xəmirinin ağızda dağılmasına yardımcı olur.
Diğər ərzaqları əlavə edin və bərk olmayan bir kvama gəlincəyə qədər yoğurun.
Bütün ərzaqlar bir-birinə qarışınca xəmiri streç filmə sarıyıb dinləndirin.

İç dolğunun hazırlanışı:
Bütün ərzaqları eyni ölçüdə doğrayın.
Tavanı isidin və kərə yağını əridin.
Əriyən kərə yağının içində kök və kartofları qovurun.
Kök və kartoflar azca yumşalan kimi ət və noxudu əlavə edib yaxşıca bişirin.
Duz və istiotu da qatıb ləzzətləndirin.
İç xərci hazır.
Fırını 170 dərəcəyə yaxın qızdırın.
Tart qəliblərini yağlayıb , unlayın.
Xəmiri iki yağlı kağız arasında oxlov və ya vərdənə yardımı ilə incəldin.
Xəmiri qəlibə yerləşdirib altında çəngəllə deşiklər açın.
İç xərcini doldurun və eyni şəkildə incəldilmiş xəmirlə üzərini örtün.
Fırında xəmir qızarana qədər bişirin.
İstəsəniz sulandırılmış yumurta sarısı sürtərək tartınızı süsləyə bilərsiniz.
İsti halda servis edin.

Nuş Olsun!

1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.