Üç rəngli borək - Resept

02 Nisan 2019
823
0
Üç rəngli borək - Resept
Üç rəngli börək üçün lazım olan ərzaqlar:
4 yuxa,
250 qr qiymə,
1 soğan,
4 böyük kök,
yarım kq ıspanaq,
5 şorba qaşığı maye yağ,
Duz,
Yarım çay qaşığı istiot,
Yarım çay qaşığı nanə.
Yarım dəstə cəfəri,
1 yemək qaşığı tomat,
2 yumurtanın sarısı.

Üç rəngli börəyin hazırlanma qaydası:
Əvvəlcə soğanları soyub küp kəklində doğrayın.
Doğradsığınız soğanları duru yağda qovurun.
İçinə qiymə əlavə edib qovurmağa davam edin.
Yaxşıca qovurduqdan sonra içərisinə istiot, nanə və duzu əlavə edin.
Sonra isə incə-incə doğradığınız cəfəri əlavə edib ocağı söndürün.
Ayrı bir qabda kökü rəndələyib bir şorba qaşığı duru yağ və duz ilə qarışdırın.
Daha sonra incə-incə doğradığınız ispanaqları duz və duru yağ ilə qarışdırıb suyunu sıxın.
Yuxanın birini açın və hər tərəfinə qiyməli xərcdən yayıb rulon bükün.
İkinci yuxanı açıb içərisinə köklü xərci yayıb rulon bükün.
Üçüncü yuxanı da açıb içərisinə ispanaqlı xərci yayıb rulon kimi bükün.
Daha sonra dördüncü yuxanı açıb içinə iki şorba qaşığı maye yağ tökün və hər yerinin yağlanmasına çalışın.
Açdığınız yuxanın orta hissəsinə hazırladığınız rulondan birini qoyun və yanına ikinci rulonu qoyun, üçüncü rulonu da iki rulonun üzərinə gələcək şəkildə qoyub dördüncü yuxa ilə birlikdə yenidən rulon kimi bükün.
Və iki barmaq genişliyində kəsib üzərlərinə yumurta sarısı yayıb qızarana qədər fırında pişirin.

Nuş olsun!

1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.