Kartoflu blinçik - Resept

14 Ekim 2021
2 055
0
Kartoflu blinçik - Resept
Kartoflu blinçik
Geniş ailə qəhvəaltıları onsuz olmur, şokolad əzməsi onu çox sevir, mürəbbə ona bayılır, pendir çeşidləri onunla sarıp sarmaladığında əriyib özündən gedir.

Tüstüsü üzərində tütən incəcik blinciklərdən bəhs edirik əlbətdə.

Tül incəliyində olan bu xəmir işini qəhvəaltılarımızdan, çay süfrələrimizdən məhrum etməyin.

Qırılsın yumurtalar, ələnsin un.

Tökülsün incəcik blinciklər bir-bir.

Sabah qəhvəaltınız üçün çox ləzzətli bir tərif.

Uşaqlarınızıda bu tərifi çox sevəcəklər.

Daha öncə sizlərə fərqli qəhvəaltı tərifləri vermişdik.

Bu gün onlar arasına bir yeni tərif də əlavə edirik və Feat.Az saytı bu tərifi sizin diqqətinizə çatdırmağa çalışır.

Bu blinçiki yaxınlarınızla birlikdə hazırlamağınızı və birlikdə nuş etməyinizi arzu edir!

Lazım olan ərzaqlar:

5 ədəd t orta boy kartof,
300 ml süd,
300 qr un,
3 – 4 yumurta,
3 diş sarımsaq,
1 şirniyyat qaşığı şəkər toz,
3 yemək qaşığı duru yağ,
İstiot,
duz
Arzuya görə cəfəri və şüyüd,

Qızartmaq üçün:
Duru yağ,

Blinçik üçün lazım olan ərzaqlar:

2yumurta
1 stəkan süd,
1/2 stəkan su,
1 yemək qaşığı zeytun yağı,
6 yemək qaşığı un,
1/2 çay qaşığı duz,

Bişirmək üçün:
1 yemək q aşığı duru yağ,

Kartoflu blincik necə hazırlanır?

Kartofların qabıqlarını soyaraq duzlu suda yumşalana qədər bişirin.
Kartofları bişirərkən sudan yetərincə istifadə edin.
Daha sonra kartofları əzərək püre halına gətirin.
Əzmək üçün blender də istifadə edə bilərsiniz.
Kartofların suyunu süzməyə ehtiyac yoxdur çox deyilsə.
Kartofları suyu ilə birlikdə əzə bilərsiniz.
Sarımsaqları çox incə doğrayın.
Cəfəri və şüyüdü də incə doğrayın.
Kartofların içinə sarımsaq və göyərtiləri əlavə edib qarıştırın.
Eynı şəkildə diğər ərzaqları da qarışdırın.
20 dəqiqə dincə qoyun.
Daha sonra tavada blinçik bişirin.
Sevdiğiniz soslarla servis edə bilərsiniz.

Blinçikin hazırlanma qaydası:
Blinçik xəmirini hazırladıqdan sonra içərisində yumrular qalmasın deyə süzgəcdən süzün.
Xəmiri ən az 5 dəqiqə dincə qoymaq lazımdır.
Beləliklə də tavada qalan yağ da almış oluruq.
Blinçik xəmirini hazırlamaq üçün yumurtaları dərin bir qaba qırın.
Su, süd, zeytun yağı və ələnmiş unu əlavə etdikdən sonra bütün ərzaqları bir çırpıcı yardımıyla yaxşıca çırpın ki, içərisində yumrular qalmasın.
Yanmaz yapışmaz tavada duru yağ ilə yağladıqdan sonra kağız dəsmal yardımı ilə yağın artığını alın.
Kiçik bir çömçə yardımı ilə tavaya axıdın və hər tərəfinə bərabər şəkildə yayın.
Üzəri deşik -deşik olan blinçikləri tərs düz edib hər iki tərəfini 1 dəqiqə qədər bişirin.
Tavanı arada kağız dəsmal ile yağlayın və eyni işləri blinçiklərin hamısı bişənə qədər davam etdirin.
Bişən blinçikləri geniş bir qaba alın üzərlərini bir qapaqla örtün soyusun.
Soyuyan blinçiklərinizi hazırlayaraq servis edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.