Unsuz və Yağsız Keks - Resept

Unsuz və Yağsız Keks - Resept
Tərkibi:
3 ədəd yumurta
2 su st toz halına gətirilmiş qoz və ya badam unu
1 çat st süd
8 ədəd kub-kub doğranmış quru ərik
8 ədəd kub-kub doğranmış quru əncir
1 çay st quru üzüm
1 paket qabartma tozu
1 ç/q darçın


Hazırlanması:
Yumurtaları mikserlə yaxşıca çırpın və üstünə süd əlavə edin.
Qabartma tozunu və darçını da əlavə edib çırpmağa davam edin.
Kub-kub doğradığımız quru meyvələri və üzümü, toz halına gəlmiş qozu yumurtalı qarışıma əlavə edərək bütün ərzaqları bir dəfə daha qarışdırın.
Xəmiri yapışmayan bir keks qəlibinə tökün və 180 dərəcədə isidilmiş sobada təxminən 20 dəqiqə qədər bişirin.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.