Profiterol - Resepti

Profiterol - Resepti
Tərkibi:

Şokoladlı sous:
220 qram bitter şokolad
200 qram krem

Krem üçün:
500 ml süd
1,5 çay st toz şəkər
3 y/q un
1 ədəd yumurta
1 paket vanil


Xəmiri üçün:

1 su st su
1 su st un
yarım paket marqarin
3 ədəd böyük yumurta



Hazırlanması:


İlk əvvəl hazırlamağa kremlə başlaya bilərsiniz. Dərin qazana süd və şəkəri əlavə edib qarışdırın. Sonra un və yumurtanı əlavə edərək qatılaşana qədər qatışdırın. Vanili əlavə etdikdən sonra qazın üstündən götürün. 1 saat qədər soyuducuda saxlayın.
Xəmiri hazırlamaq üçün su ilə marqarini dərin qazanın içinə qoyub qaynadın. Qaynayan yağlı suyun içinə unu əlavə edərək 5 dəqiqə qovurun. Sonra qazın üstündən götürüb qıraqda saxlayın. Sonra içinə yumurta əlavə edərək yaxşıca yoğurun. 15 dəqiqə yenidən gözləyin.
Gözlətdiyiniz xəmirdən 1 çay qaşığı götürüb bişirmə kağızı sərili soba listinə arada boşluq olacaq formada tökün.
180 dərəcədə 40 dəqiqə bişirin. Sonra alt hissələrində bıçaq kömək dəlik açın. İçini kremlə doldurun, servis qabına düzün. Qazanda şokolad sousunu da hazırladıqdan sonra üstündə gəzdirin. İlıq hala gələn şirniyyatı fıstıq tozu səpərək servis edə bilərsiniz.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.