Sultan Şirniyyat - Resept

Sultan Şirniyyat - Resept
Tərkibi:
200 qram kərə yağı
1 su st toz şəkər
2 ədəd yumurta
yarım su st duru yağ
yarım su st hindistan qozu
1 su st manna yarması
1 paket qabartma tozu
1 paket vanil
3 su st un


Şərbət üçün:
1 su st toz şəkər
1,5 su st su
2 damla limon suyu


Üstü üçün:
1 su st süd
1 su st xaşxaş toxumu
1 su st təmizlənmiş qoz


Hazırlanması:

İlk əvvəl şərbətdən başlayın. Qazana suyu və şəkəri əlavə edin. Şəkər əriyənə qədər qarışdırıb qaynadıqda limonu əlavə edin. Şərbəti soyuması üçün kənara qoyun. Ayrı qabın içində kərə yağı və şəkəri yaxşıca çırpın. Şəkər əridikdə yumurta və duru yağı əlavə edin.
Hindistan qozu, manna yarması və qabartma tozunu da əlavə edib, yenidən qarışdırın. Qarışıma vanili də əlavə etdikdən sonra unu da əlavə edin.
Az-az unu əlavə edərək əlinizlə yoğurun. Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb forma verin.
Qoz böyüklüyündə şirniyyat xəmirini əvvəlcə südə, daha sonra xaşxaş toxumlarına batırın.
Qozu tam orta hissəyə batırıb yağlı kağız sərili soba listinə yerləşdirin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada, təxminən 25 dəqiqə bişirin.
Bişən və hələ də isti olan şirniyyatın üstünə soyuq şərbəti tökün və canına çəkənə qədər gözləyin.

Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.