Şokolad şəlaləsi tortu resepti

11 Mayıs 2019
1 138
0
Şokolad şəlaləsi tortu resepti
Tərkibi:
2 yumurta,
4 yemək qaşığı toz şəkər,
100 qr kərə yağı,
120 qr bitter şokolad,
2 yemək qaşığı un.

Hazırlanması:

Kərə yağı və şokoladı bir qabın içərisinə alıb benmari üsulü əridin(benmari üsulu qaynar su içində qabda şokoladı əritmək).
Ayrı bir qabın içərisinə yumurta və toz şəkər qoyub , şəkər tamamən əriyənə qədər çırpın.
Üzərinə benmari üsulu ilə əritdiyiniz şokolad qarışığını əlavə edib qarışdırın.
Daha sonra un əlavə edib yumurtaları taxta qaşıqla yavaş yavaş aşağıdan yuxarıya doğru qarışdırın.
Fırın sinisini yağlayınvə sonra unlayın.
Hazırlanan qarışımı yağladığınız qəlibə tökün.
Əvvəlcədən fırını 170 dərəcə qızdırın.
Qəlibi fırına verin və üzəri qabıq bağlayana qədər bişirin(kekslərə toxunduqda üstü qabıqlı amma yumşaq olmalı).
Keksi qəlibdən çıxara bilmək üçün kənarlarını bıçaqla kəsin və servis tabağına tərs çevirin.
Şokolad şəlaləsi tərcihə görə qaymaq və ya dondurma ilə servis edilə bilər.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.