İsti şokoladlı keks resepti

25 may 2019
311
0
İsti şokoladlı keks resepti
Tərkibi:
85 qram kərə yağı,
85 qram bitter şokolad,
2 ədəd yumurta sarısı,
1 ədəd yumurta,
40 qram toz şəkər,
25 qram un

Fırın qabını yağlamaq üçün:
10 qram kərə yağı,
10 qram kakao

Servisi üçün:
2 top vanilinli dondurma,
1 şirniyyat qaşığı pudra şəkəri

Hazırlanması:
Fırını əvvəlcədən 180 dərəcə qızdırın.
Bitter şokoladı rəndələyin.
Kərə yağını kiçik bir sos qazanında vam odda əridin.
Əriyən kərə yağını ocaqdan aldıqdan sonra rəndələnmiş bvitter şokoldadı içinə qatın və əriyənə qədər qarışdırın.
ayrı bir qabda yumurta sarısını, yumurta və şəkər tozunu mikserlə çırpın.
Unu qatıb xəfif bir şəkildə qarışdırdıqdan sonra kərə yağlı şokolad qarışımını keks xərcinə qatın.
Kekslərin yapışmaması üçün iki ədəd qabı otaq temperaturunda olan kərə yağı ilə yağlayın və kakao ilə ortün.
Daha sonra hazırladığınız keks qarışığını iki qaba bəırabər şəkildə bölün.
Əvvəlcədən qızdırdığınız fırında keksləri ortası maye halında qalacaq şəkildə 15 dəqiqəyə yaxın bişirin.
Fırından çıxan isti şokoladlı keksləri servis tabaqlarına tərs çevirin və çıxartdıqdan sonra orta hissələrini bıçaqla kəsib kiçik bir parça çıxardın.
Üzərinə pudra şəkəri ələdikdən sonra bir top vanilli dondurma əlavəsiylə servis edə bilərsiniz.

Nuş olsun!
Şərh Yaz