Sobada qiyməli pendirli güvəc - Resepti

18 Mayıs 2019
1 319
0
Sobada qiyməli pendirli güvəc - Resepti
Sobada qiyməli pendirli güvəc üçün lazım olan ərzaqlar:
100 q holland pendiri,
150 q qiymə,
2 ədəd rəngli bibər,
2 ədəd pomidor,
1 xörək qaşığı pomidor tomatı,
Duz,
İstiot,
Göyərti

Sobada qiyməli pendirli güvəc hazırlama qaydası:

Əvvəlcə bibərləri, pomidorları, göyərtiləri təmiz yuyub suyunu çəkməsi üçün mətbəx dəsmalının üzərinə alın.
Yuduğunuz göyərtiləri kiçik-kiçik doğrayın.
Rəngli bibərləri də kiçik-kiçik doğrayın.
Pomidorları isə iki hissəyə ayıraraq aypara şəklində doğrayın.
Holland pendirini rəndələyin.
Tavanı bir az qızdırdıqdan sonra qiyməni tavaya alın.
Qiymə bir az bişdikdən sonra doğradığınız bibərləri də qiyməyə əlavə edib bir az bişirin.
Daha sonra duz və istiot əlavə edərək qarışdırın.
Daha sonra tomat pastasını qiyməyə əlavə edərək qarıdırın.
Göyərtini də əlavə edərək bir iki dəfə də qarışdıraraq hazır qiyməni güvəcə yığın.
Üzərini düzənləyərək doğranmı pomidoru qiymənin üzərinə düzün.
Ən sonda isə üzərinə rəndələmi olduğunuz holland pendirini əlavə edərək fırına verin.
Fırını əvvəlcədən qızdırmaq lazımdır.
Pendir əridikdən sonra güvəci fırından çıxardaraq isti halda servis edin.

Nuş olsun!


1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.