Mini Çörək - Reseptleri

27 Mayıs 2019
1 251
0
Mini Çörək - Reseptleri
Stəkan ölçüsü 200 ml

Ərzaqlar:
1,5 st. Su
2 yemək qaşığı şəkər tozu
1 yemək qaşığı maya
1 yemək qaşığı duz
3,5 st. Un

Hazırlanması:

İlıq su, şəkər tozu və maya qarışdırılır.5 dəqiqə mayanın aktiv olması üçün gözlənilir.Üzərinə duz və un əlavə edilir, qarışdırılıb, yoğrulur.Üzəri streçlə örtülür, 2 qat böyüyənədək, təxminən 45 dəqiqə mayalandırılır.Mayalanan xəmir 6 hissəyə bölünür.Alınan hissələr azacıq genişlətilir, hər biri öz növbəsində 4 dəfə qatlanır və kündə edilir.Qatlamağın səbəbi çörəklərin bişərkən daha yaxşı qabarması üçündür.
Kündələr soba listinə yerləşdirilir.Üzəri mətbəx dəsmalı ilə örtülür, ən az 45 dəqiqə mayalandırılır.Mayalanan kündələrin üzərinə kəsik atılır (daha yaxşı qabarmaları üçün). Sonda üzərlərinə su çəkilir.Əvvəlcədən 220°C-də qızdırılmış sobada üzərləri qızarıncayadək bişirilir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.