Hər Kəsin Evində Ola Biləcək Az Ərzaqla, Asan Hazırlanan, Dadlı Qəlyanaltı - Resepti
Ərzaqlar:
500 qr. Qabığı soyulmuş kartof
2 ədəd yumurta
2 st. Un
Qızartmaq üçün duru yağ
Zövqə görə duz,istiot, sarıkök
Sous üçün:
Xama
Sarımsaq
Şüyüd
Duz
Hazırlanması:
Kartof qaynadılır, suyu süzülür, püre halına gətirilir.Soyuduqdan sonra zövqə görə ədviyyat və yumurtalar əlavə edilir, qarışdırılır.1 st. Un əlavə edilir, qarışdırılır.1 st. Daha un əlavə edilir, yoğrulur, yapışqan xəmir alınır.Dəzgah və xəmir unlanır.Xəmir kiçik hissələrə bölünür.Bölünmüş hissələr əl ilə uzatılır, iki ucu birləşdirilir, halqa forması verilir.Qızğın yağda, orta atəşdə, hər iki üzü qızardılır.Sous üçün xama,əzilmiş sarımsaq,doöranmış şüyüd və duz qarışdırılır.
Nuş olsun!