15 Dəqiqədə Tavada Hazırlanan Ləzzətli Xaçapuri Resepti

14 Ağustos 2022
2 587
0
15 Dəqiqədə Tavada Hazırlanan Ləzzətli Xaçapuri Resepti
Stəkan ölçüsü 200 ml.
Tavanın diametri 28 sm.

Ərzaqlar:

1 st. Süd
1 st. Un
1 ədəd yumurta
1/2 çay qaşığı qabartma tozu
1/2 çay qaşığı duz
300 qr. Pendir

Hazırlanması:

Un, duz və qabartma tozu qarışdırılır.Üzərinə süd, yumurta əlavə edilir, tək tərkibli məhlul olanadək qarışdırılır.Üzərinə rəndələnmiş pendir əlavə edilir.Qarışdırılır.Tava duru yağla yağlanır, xəmir əlavə edilir, bərabər şəkildə yayılır.Tavanın qapağı örtülür, vam odda təxminən 5 dəqiqə bişirilir.Ardından ələ yapışmırsa, üzəri duru yağla yağlanır, tərs çevirilir.4-5 dəqiqə daha ,qapağı bağlı bişirilir.

Nuş olsun!


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.