İpək Kimi Blinçik Resepti - Video Resept

08 may 2019
285
0
İpək Kimi Blinçik Resepti - Video Resept
Stəkan ölçüsü 200 ml.
Tavanın diametri 26 sm.
12 ədəd bilinçik üçün

Ərzaqlar:

2 st. Un
2 st. Süd
2 ədəd yumurta
1/2 st. Su
3 yemək qaşığı duru yağ
1 silmə çay qaşığı duz
1 çay qaşığı şəkər tozu

Hazırlanması:

Qaba un,duz və şəkər tozu əlavə olunur.Süd qarışdırılaraq əlavə edilir ki, topaq əmələ gəlməsin.Üzərinə su, yumurta və duru yağ əlavə edilir.Yaxşıca qarışdırılır.Xəmir hazırdır.İlk blinçiki bişirməzdən əvvəl tava azacıq duru yağla yağlanır.Yaxşıca qızdıqdan sonra xəmir qarışdırılır, 1 çömçə götürülür, tavaya əlavə edilir, cəld bir şəkildə, bərabər tərəfli yayılır.Ocağın orta sürətində, hər iki tərəfi 20-30 saniyə olmaqla bişirilir. Uzun-uzun bişirib, qurutmamağa diqqət edilir.

Nuş olsun!

Şərh Yaz