İrəvan Kətəsi - Respti

01 Mayıs 2019
1 706
0
İrəvan Kətəsi - Respti
Stəkan ölçüsü 200 ml.

Ərzaqlar:
Xəmir üçün

1 ədəd yumurta
1 yumurtanın ağı (sarısı üzərinə)
1/2 st. Süd
3 yemək qaşığı xama və ya qatıq
1 çimdik duz
1 paket qabartma tozu
1 yemək qaşığı şəkər tozu
200 qr. Kərə yağı
3,5 st un

İçlik üçün:

1 st. Şəkər tozu
1 st. Un
1 paket şəkərli vanilin
50 qr. Kərə yağı

Hazırlanması:

Xəmir üçün qaba un,duz,qabartma tozu və şəkər əlavə edilir, qarışdırılır.Üzərinə soyuducudan çıxarılıb, kub-kub doğranmış kərə yağı əlavə edilir, unla qarışdırılır, umac halına gətirilir.Üzərinə soyuq süd, qatıq və ya xama, yumurta, yumurtanın ağı əlavə edilir, qarışdırılır, xəmir yoğrulur. Xəmir iki hissəyə bölünür, hissələr kündə edilir, paketə yerləşdirilir, soyuducuda 20 dəqiqə gözlədilir.
İçlik üçün qaba un və soyuducudan çıxarılmış, kub-kub doğranmış yağ əlavə edilir, yağla un qarışdırılır, umac halına gətirilir. Üzərinə şəkər tozu və şəkərli vanilin əlavə edilir, qarışdırılır.İçlik hazırdır.
20 dəqiqə keçdikdən sonra dincələn kündəyə ehtiyac olduqda un sərpərək, 2-3 mm qalınlığında yayılır.İçliyin yarısı üzərinə əlavə edilir, bərabər şəkildə yayılır, dağılmaması üçün, qaşığın tərs tərəfi ilə üzərinə basdırılır.Bükülür, üzərinə yumurta sarısı çəkilir.2 barmaq genişliyində dilimlərə bölünür.Soba listinə yerləşdirilir, əvvəlcədən 180°C-də alt-üst rejimdə qızdırılmış sobada, üzəri qızaranadək, təxminən 20-25 dəqiqə bişirilir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.