Pratik Qutab Resepti

13 Mayıs 2019
1 182
0
Pratik Qutab Resepti
Stəkan ölçüsü 200 ml.

Ərzaqlar:
Xəmiri üçün

1 st. Süd
1/2 st. Su
1 çay qaşığı duz
1 paket qabartma tozu
3,5 st. Un

İçlik üçün:

250 qr. pendir
2-3 sap yaşıl soğan, şüyüd, cəfəri

HAZIRLANMASI:

Qaba xəmir üçün lazım olan ərzaqlar əlavə edilir, qarışdırılır və xəmir yoğrulur. Nəticədə ələ yapışan xəmir alınır. Xəmir 6 hissəyə bölünür. Kündə edilir. İçlik hazır olanadək kündələrin üzəri streçlə örtülür.İçlik üçün pendir rəndələnir, üzərinə xırda-xırda doğranmış göyərti əlavə edilir, qarışdırılır. Dəzgaha un səpilir, kündə əl ilə nəlbəki böyüklüyündə genişlədilir. Ortasına bolca içlikdən yerləşdirilir.Kündə kimi bükülür.Nazik şəkildə yayılır.Yağsız, qızğın tavada hər iki tərəfi bişirilir.Bişdikdən sonra üzəri kərə yağı ilə yağlanır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.