Enerji deposu və çox sağlıqlı: Unsuz blinçik resepti

Enerji deposu və çox sağlıqlı: Unsuz blinçik resepti
Tərkibi:
1 ədəd banan,
1 ədəd yumurta,
1,5 su stəkanı yulaf,
1 stəkan süd,
3 ədəd xurma,
1 çay qaşığı dəniz duzu,
1 çay qaşığı darçın,
1 çay qaşığı qabartma tozu

Hazırlanması:
B
ir qabın içərisinə yumurtaları qırın.
Üzərinə südü əlavə edib yaxşıca çırpın.
Xurmaları 1/3 stəkan suyun içində saxlayın.
Çəyirdəklərini çıxardaraq xurmaları blenderdən keçirdərək püre halına salın.
Bu püreni də yumurtanın üzərinə əlavə edin.
Ayrı bir qabın içərisində bananı əzin və qarışığın içinə qatın.
Darçın, qabartma tozu və dəniz duzunu da əlavə edib gözəlcə qarışdırın.
Yulafı blenderdən keçirin və un halına salın.
Ardından qarışımın içərisinə əlavə edib qarışdırın.
Üzərini streç filmlə qapadıb 10 dəqiqə soyuducuda saxlayın.
Bir tavayı azca yağlayın və vam odda isidin.
Ardından qarışımdan orta doluluqda bir çömçə alaraq tavaya tökün.
Arxalı önlü bir yaxşıca bişirin.
Bişirərkən tavaya aradabir yağ sürtüün ki plincikləriniz yapışmasınlar.
Üzərinə dilədiyiniz ərzaqları əlavə edərək servis edin.
Üzərini banan dilimləri, bal və qoz ya da arzuladığınız başqa meyvə və soslarla bəzəyərək servis edə bilərsiniz.

Nuş olsun!

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.