Qarpızlı limonad RESEPTİ

2 dilim qarpız
5 ədəd limonun suyu
3 stəkan içməli su
Arzuya görə yarım stəkan şəkər tozu
QARPIZLI LİMONAD NECƏ HAZIRLANIR?
Bir dilim qarpızı püre halına gətirin. Bir su stəkanı limon suyu və şəkərlə birlikdə dolçaya tökün. Üzərinə içməli su əlavə edin. Servis edərkən kub halında doğranmış qarpız kəsikləri atın. Limonad sizə çox və ya az şəkərli gələrsə su miqdarı ilə tənzimləyin.