Makaron yeyərək arıqlamağın ən asan RESEPTİ

Makaron yeyərək arıqlamağın ən asan RESEPTİ
Azərbaycan mətbəxinə o qədər də tanış olmayan makaron salatı yüngül, həzmi asan və dadlı olduğu üçün son zamanlarda tez-tez müraciət olunan təamlardandır.

Feat.Az
xəbər verir ki, çay ilə birlikdə yeyiləndə dadından doyum olmayan makaron salatının yeyilməsi qədər hazırlanması da rahatdır.

Makaron salatı artıq çəkiyə səbəb ola bilərmi?

Makaron salatının ən önəmli elementi makaron olduğu üçün ağıla gələn ilk sual salatın kökəlməyə səbəb olub-olmamasıdır. Karbohidrat dəyəri yüksək olan makaron çeşidləri pəhriz üçün uyğun seçim hesab olunmur. Lakin salat üçün sağlam, az kalorili və pəhrizə uyğun makaron çeşidlərindən seçilsə, artıq çəkiyə səbəb olmaz.

Pəhrizli makaron salatının hazırlanması:

- 250 qram makaron

- Yarım su fincanı yağsız qatıq

- Yarım yemək qaşığı mayonez

- 3 ədəd karnişon turşusu

- 1 ədəd kiçik ölçülü kök

- Az miqdarda qırmızı kələm

- 3 budaq cəfəri

- 3 budaq şüyüd

- Yarım çay qaşığı zeytun yağı

- Az miqtarda duz və istiot

Bəlli miqdarda qaynadacağınız suya qaynama əsnasında duz və zeytun yağı əlavə edin. Ardınca makaronu suya atıb bişirin. Suyunu süzüb 1 dəfə soyuq suyun altından keçirin. Mayonez, duz və qatığı makarona qarışdırın. Sonda qırmızı kələm, kornişon, şüyüd və cəfərini incə doğrayaraq, kökü isə rəndələyərək salata əlavə edin.

1 pors makaron salatı 283 kaloridir. Gündəlik 1 pors və ya 2-3 gündən-bir istifadə olunduğu zaman artıq çəkiyə səbəb olmaz.
Mənbə:ince.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.