Tərəvəz salatı resepti
1 dəstə kahı
2 pomidor
2 xıyar
1 bolqar bibər
1 banka konservləşdirilmiş qarğıdalı
1 qutu krab çubuqlar
Duz
İstiot
Zeytun yağı
Hazırlanması:
1. Kahı əllə orta hissələrə parçalanır.
2. Xıyar, pomidor, bolqar bibər nazik julyen şəklində doğranılır.
3. Krab çubuqların buzu açılandan sonra nazik doğranılır.
4. Bütün ərzaqlar dərin qaba qoyulur, üzərinə qarğıdalı, duz, istiot, zeytun yağı əlavə olunur və qarışdırılır.
Nuş olsun!