Spring Roll Resepti
TƏRKİBİ:
10 düyü lavaşı
İçlik:
1 xiyar
1 qırmızı bolqar bibər
1 sarı bolqar bibər
1 kök
50 q qırmızı kələm
15 bişmiş xırda dəniz xərçəngi
8 kahı yarpağı
80 q bitki cücərtisi
Sous üçün:
2 diş sarımsaq
1 x.q. şəkər tozu
1 x.q. sirkə
5 x.q. soya sousu
5 x.q. su
1 Çili bibəri
1 laym
1 kiçik yerkökü
HAZIRLANMASI:
1. Əvvəlcə sous hazırlanır: sarımsaq və Çili bibəri həvəngdəstədə döyülür, içərisinə laym şirəsi, şəkər tozu, soya sousu, sirkə, su və sürtgəcdən keçirilmiş yerkökü əlavə olunub yaxşıca qarışdırılır.
2. İçlik üçün yerkökü, bibərlər, kələm, xiyar nazik doğranılır.
3. Boşqaba ilıq su tökülüb içərisinə düyü lavaşı 2-3 saniyə ərzində qoyulur və yumşalanda çıxardılır. Quru taxtaya sərilib əvvəlcə kahı yarpağı qoyulur, sonra az miqdarda doğranılmış tərəvəzlərdən, həmçinin bitki cücərtisi və xırda dəniz xərçəngi düzülüb ( yarısına xırda dəniz xərçəngi əlavə olunmur) ehtiyatla roll şəklində bükülür.
4. Süfrəyə verilən zaman üzərinə küncüt səpilir və sousla servis olunur.
Nuş olsun!