Səbzi qovurma (Balaca küftəciklərlə) - Resept

26 Temmuz 2019
1 429
0
Səbzi qovurma (Balaca küftəciklərlə)  - Resept
Tərkibi:
300 qr. quzu və ya mal əti ( çəkilmiş )
2 baş soğan
4 yaşıl soğan
1 dəstə keşniş
1 dəstə şüyüd
1 dəstə kəvər
zəfəran
duz
istiot
kərə yağı
2 ədəd quru gavalı

Hazırlanması:

1. Çəkilmiş ətə duz və istiot səpilir. Yaxşı qarışdırılır və balaca eyni ölçüdə küftəciklər hazırlanır.
2. Baş soğanları yarıdan kəsib uzununa nazik doğranılır.
3. Tavaya kərə yağı əlavə edilir və soğan rəngi dəyişənə kimi qızardırılır. ət küftəcikləri əlavə olunur. Bir yerdə biraz qızardırılır. Sarıkök, duz, istiot əlavə olunur.
4. Kiçik ölçüdə doğradığımız keşniş, şüyüd, kəvər, yaşıl soğan əlavə olunur və qarışdırılır. İstəyə görə başqa göyərti də əlavə etmək mümkündür.
5. əvvəlcədən dəmlədiyimiz zəfəranı üstünə tökürük.
6. Quru qavalını qoyuruq qazana.
7. Daha çox yağlı olsun istəyirsinizsə, zövgə görə kərə yağı əlavə edə bilərsiniz.
8. 15 dəqiqə bişiririk və dəmlənmiş düyü ilə servis edirik.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.