Funçoza Salat Resepti
1 paket Funçosa əriştə (bravoda var)
300 qr mal əti (mən toyuq əti etdim)
1 kök
1 qırmızı şirin bibər
1 kiçik soğan
duz
istiot
4 x.q. soya sousu
1 diş sarımsaq
qızartmaq üçün zeytun yağı
Hazırlanması:
1. Əti nazik uzun-uzun doğrayıb çox az zeytun yağında az odda bişirin.
Ət yumşalanda üzərinə duz, istiot, 2 x.q. soya sousu və bir diş sarımsağı əzib qarışdırın. Ət hazır olada altını söndürün.
2. Ayrı bir tavada soğanı yarımhalqa doğrayıb bitki yağında bişirin.
3. Kökü uzun-uzun doğrayıb soğanın üzərinə əlavə edin. Bibəri də nazik, uzun doğrayıb bura əlavə edin və bütün tərəvəzləri bir az pörtün, tam bişirməyin.
4. Funçoza əriştəsini qaynar suya əlavə edib 3-5 dəqiqə qaynadın və suyunu süzüb, ət və tərəvəzlər ilə qarışdırın.
Qeyd: Soya sousunu evdə hazırlanmır, heç sınamağa dəyməz. Hazır olma vaxtı 2-3 il sürə alır (yaxşı və əsl soya sousu). Evdə hazırlamağın mənasıda yoxdur çünki mağazalarda cürbəcür növləri satılır.
Nuş olsun!