Teriyaki Souslu Toyuq Salatı - Resepti
200 qr toyuq filesi
50 ml teriyaki sousu
1 orta boy kahı dəstəsi
50 qr rukkola (olmasa da olar)
1/4 ç.q. təzə rəndələnmiş zəncəfil
2 ədəd təzə sarımsaq (2 diş adi sarımsaqla əvəz etmək olar)
2 x.q. bitki yağı
2 ç.q. küncüt
Duz
İstiot
Hazırlanması:
1. Tavaya bitki yağı əlavə olunur, qızdırılır. Zəncəfil, xırda doğranmış təzə sarımsağın ağ hissəsi əlavə olunur, biraz qızardırılır.
2. Toyuq filesi julyen formasında doğranılır, tavaya əlavə olunur. 2 dəqiqə qovrulur, teriyaki sousu üzərinə tökülür. Qarışdırılır və 5-7 dəqiqə qarışdıra qarışdıra bişirilir. Duzlanır, istiotlanır. Soyudulur.
3. Sarımsağın yaşıl hissəsi xırda doğranılır, kahı orta hissələrə bölünür, rukkola ilə qarışdırılır. Boşqaba qoyulur, üzərinə souslu toyuq düzülür və küncüt səpilir.
Nuş olsun!