Amerikanın məşhur Pankeyk Resepti

31 Temmuz 2019
1 120
0
Amerikanın məşhur Pankeyk Resepti
Tərkibi:
20 ədəd şəkildəki boyda pankeyk üçün:
2 yumurta
2 st. süd
1/2 ç.q. qabartma tozu
1/2 ç.q. soda
3-4 damcı limon suyu
1 paket vanil
4 x.q. günəbaxan yağı
4 x.q. qəhvəyi şəkər tozu (adi şəkər tozu da ola bilər)
400 qr. un

Hazırlanması:

1. Yumurtalar şəkər tozu ilə mikserlə çalınır.
Süd, vanil, qabartma tozu əlavə edilir əl çırpanı ilə qarışdırılır.
2. Sodanın üzərinə limon suyu sıxılır və yağ əlavə olunur, qarışdırılır.
3. Ələnmiş ün əlavə olunur. Qarışdırılır.
Xəmir qatı olmalıdır.
Onda istədiyiniz boyda edə bilərsiz.
4. Tava qızdırılır, yağ əlavə edilmir.
Bir çömçə tavaya töküb 1 dəqiqə bişirilir. Sonra çevirilir və 30 saniyə obiri tərəfindən qızardılır.

Nuş olsun!
Mənbə:bahasun
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.