Yumurtasız mayalı blincik - Resept
15 dəqiqəyə hazırlanır,
20 dəqiqəyə bişir.
Yumurtasız mayalı blincik üçün lazım olan ərzaqlar:
4 su stəkanı süd,
2 stəkan su,
4 su stəkanı un,
1,5 – 2 şirniyyat qaşığı duz,
2-3 şirniyyat qaşığı şəkər tozu,
1 paket quru maya,
0,5 dəstə doğranmış şüyüd,
0,5 çay stəkanı duru yağ,
Yumurtasız mayalı blincikin hazırlanma qaydası:
Duru yağ və şüyüd xariç bütün ərzaqları dərin bir qaba alın.
Bir mikser yardımıyla yaxşıca çırpın.
Şüyüdü də əlavə edin və qarışdırın.
Şüyüd əlavə etmədən də bişirə bilərsiniz.
Orta atəşdə qızdırdığınız orta böyüklükdə bir tavaya 1 çay qaşığı duru yağ töküb tavaya yayın.
Xəmiri duru halda hazırlamanız daha yaxşı olar.
Hazırladığınız xəmirdən bir çömçə alıb tavaya yayın, hər iki tərəfini yaxşıca bişirin.
Xəmir bitənə qədər eyni işləmi davam etdirin.
Nuş olsun!