Bol soslu islak keks - Resept

08 Ağustos 2019
1 454
0
Bol soslu islak keks - Resept
Bol soslu islak keks üçün lazım olan ərzaqlar:
3 yumurta
1 su stəkanı şəkər,
1 su stəkanı süd,
yarım su stəkanı duru yağ,
3 yemək qaşığı kakao,
1 paket qabartma tozu (10 qr),
1 tşirniyyat qaşığı vanilin,
1 şirniyyat qaşığı portağal qabığı rəndəsi,
1,5 stəkandan bir az çox un,

Bol soslu islak keksin sosu üçün:

Bir su stəkanı süd,
1 su stəkanı su,
1 yemək qaşığı təpələmə kakao,
yarım su stəkanı şəkər,
2 yemək qaşığı duru yağ,
(Əgər keks eynı gündə bitəcəksə 80 qr.lıq 1 paket şokoladı sosa atıb əridin və keksin üzərinə tökün.

Uzun sürə saxlandığında şokolad keksi sərtləşdirir.)

Bol soslu islak keksin hazırlanma qaydası:

Yumurta və şəkəri qarışdırma qabına alıb mikserlə rəngi ağarana qədər çırpın.
Duru yağ və südü də əlavə edib qarışdırın .
Kakao, un vanilini və qabartma tozunu ələyərək qarışıma əlavə edib çırpın.
Yağlanmış orta boy dördkünc istiyə davamlı keks xəmirini töküb əvvəlcədən 190 dərəcə qızdırılmış fırına verin.
20-25 dəqiqə ərzində keks hazır olur.
Fırından çıxan keksin ilk istiliyi keçincə üzərinə qalın hörgü şişiylə sıx aralıqlarla deşin.
Sosu keksi bişirərkən hazırlayın.
Bir qazana süd, su, duru yağ, kakao və şəkəri əlavə edin.
Ocağın altını yandırın və şəkər əriyənə qədər qarışdırın.
Sos bir az isinəcək.
Dilimlədiyiniz keksin üzərinə gəzdirin (Yəni həm şişlə deşib, həm də dilimləyin.).
Keks isti, sos ilıq olacaq.
Ən az yarım saat gözlətdikdən sonra servin edin.
Keksin üzərinə qaymaq, dondurma əlavə edərək servis edə edə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.