Quru meyvəli asan keks - Resept

23 Ağustos 2019
1 018
0
Quru meyvəli asan keks - Resept
Ərzaqlar:
Quru meyvə (ərik, xurma, kişmiş, əncir, qara gavalı və s.) 300-400 qr.
Yumurta – 2 ədəd
Qəhvəyi şəkər tozu – 6 x.q.
Un – 6 x.q.
Qabartma tozu – ½ ç.q.

Hazırlanması:

Ərik qurusu, əncir və gavalıları ortadan bölürük və digər quru meyvə-çərəzlərlə qarışdırırıq.
Yumurtaları çırpırıq və quru meyvələrin üzərinə əlavə edirik. Şəkər tozu, un və qabartma tozunu da ora əlavə edirik və yaxşıca qarışdırırıq.
Xəmiri formaya töküb, əvvəlcədən isidilmiş sobada 180 dərəcə temperaturda təxminən 45 dəqiqə bişiririk.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.