“Panço” Tort Respti

“Panço” Tort Respti
Ərzaqlar:

Xəmir üçün:

Yumurta – 1 ədəd
Xama – 1 st.
Şəkər tozu – 1 st.
Un – 1 st.
Vişnə – 100 qr.

Krem üçün:
Xama – 700 qr.
Şəkər tozu – 1 st.

Qlazur üçün:

Süd – 6 x.q.
Şəkər tozu – 0,5 st.
Kakao – 1 x.q.
Kərə yağı – 20 qr.

Hazırlanması:

Yumurta şəkər tozu ilə ovulur və un əlavə olunur. Alınan xəmirdən 2 ədəd biskvit bişirilir. Biri şokoladlı, xəmirinə 2 x.q kakao qatmaqla, digəri ağ.
Şokoladlı biskvitin üzəri kəsilir və həmin hissə 2-3 yerə bölünür. Qalan bütöv lay tortun alt əsas qatı kimi istifadə olunur. Digər ağ biskviti isə kublara bölürsüz.
Krem üçün 700 qram xama 1 stəkan şəkər tozu ilə çalınır. Və tortun birinci layı kremlənir. Sonra biskvit laylarından, hissələrindən təpə formasında tort yığılır. Layların arasına vişnələr gözəyarı sayda düzülür. Hər lay kremlənir. Tort dağ, təpə formasında ola bilər. Tortun üstünü də kremləyib, soyuducuya qoyulur.
Qlazur hazırlanır: 6 xörək qaşığı süd, yarım stəkan şəkər, 1 x.q kakao birlikdə zəif odda bişirilir, elə ki, xama kimi qatılaşdı oddan götürülür və ora bir tikə kərə yağı atıb, qatılaşana kimi qarışdırılır. Tortun üzərinə qlazur tökülür və tort soyuducuda 8-10 saat saxlanılır. Sonra nuş etmək olar.
Mənbə:sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.