İnanılmaz Dadlı Pirojna: Hər Gün Hazırlayacaqsız!

28 Ağustos 2019
1 478
0
İnanılmaz Dadlı Pirojna: Hər Gün Hazırlayacaqsız!
Ərzaqlar:
Qatılaşdırılmış süd – 1 banka
Kərə yağı – 200 qr.
Şəkər tozu – 80 qr.
Yumurta – 3 ədəd
Soda – 1 ç.q.
Un – 2,5 st.
Krem üçün:
Xama – 500 qr.
Şəkər tozu – 1 st.

Hazırlanması:

Xəmir üçün lazım olan bütün ərzaqlar qarışdırılır. Qatı xəmir alınacaq. Onu formaya yayırıq və hazır olana kimi bişiririk. Sonra formadan çıxarırıq, istədiyimiz ölçüdə və formada - istər dördkünc, istər dairəvi olmaqla doğrayırıq. Birini götürüb qırıntı halına salın.
Xama ilə şəkər tozunu mikserdə krem halına gələnə kimi çalırıq. Sonra doğradığımız biskvitləri kremin içində fırladırıq, üzərinə qırıntıları səpirik. Budur, dadlı və asan pirojnamız hazır.

Nuş olsun!
Mənbə:sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.