Baunti Ruleti Resepti

Peçenye – 200 qr.
Şəkər tozu – 20 qr.
Kakao – 2 x.q.
Su – 100 ml.
Kokos – 80 qr.
Kərə yağı – 80 qr.
Qənd kirşanı – 60 qr.
Hazırlanması:
Peçenye ovulur, kakao qatılıb qarışdırılır. Şəkər isti suda həll olunur, bu, tədricən peçenyelərin üzərinə tökülməklə qarışdırılır. Bərk kütlə alınmalıdır.
Kərə yağını qənd kirşanı ilə çalırsız və bura kokos qatıb, qarışdırırsız. Qida plyonkası açılır. Üzərinə peçenye kütləsi bərabər qalınlıqda yayılır, üzərindən kokoslu krem mərkəzinə yayılır. Rulet kimi bükülür. Plyonka üstündə qalır. Soyuducuda azı 2 saat saxlanılır. Sonra plyonkanı açıb, ruleti doğrayıb, süfrəyə vermək olar.
Nuş olsun!