Beef Wellington Resepti

19 Eylül 2019
868
0
Beef Wellington Resepti
Tərkibi:
File - 2 kq
Göbələk - 500-700 qr
Şabalıd - 200-300 qr
Proşutto - 6-8 incə dilim (Port Bazarda tapa bildim, bir paket lazımdır)
Hazır mayasız qat-qat xəmir - 2 rulon
Kəklikotu
Sarımsaq
Duz
İstiot
Xardal
Yumurta
Qida kağızı

Hazırlanması:
Birinci mərhələ: şabalıdları doğrayırıq, 220˚С sobaya 20 dəqiqəlik qoyuruq. Hazır qaynadılmış da almaq olar, ancaq tənbəllik etməyək - bişmiş şabalıdın dadı və teksturasını heç nə əvəz etməz! Onlar bişənə qədər göbələkləri yuyuruq - məndə ağ göbələklər idi. Blenderdə göbələkləri, bişmiş şabalıdları, 2-3 diş sarımsağı, bir yemək qaşığı quru kəklikotu, duz və istiotu qarışdırırıq. Çəkilmiş ətə bənzəyən bir qarışım alınır.

Quru bir tavada suyu tam çəkilənə qədər qızardırıq. Soyuduruq. Ət otaq temperaturundadır, hələ ki gözləyir. Yağını, üzərindəki qabığı təmizləyirik. Elə kəsirik ki, eyni ölçüdə dilim alınsın. Yuduq, qurutduq. Dərin tavanı yüksək atəşə qoyuruq.

Əti iri duzla hərtərəfli duzlayırıq, biraz zeytun yağı ilə yağlayırıq və isti quru tavada 1-2 dəqiqə qızardırıq. Biraz tüstü çıxacaq, ancaq səbr edin - belə olduqda ət pörtləməyəcək və şirəsini salmayacaq. Biz əksinə bütün bu şirəni möhürləyirik. Hər tərəfi möhürlədik: əti ocaqdan götürürük, xardallayırıq, isti ikən istiotlayıb, dincəlməyə qoyuruq.

Təmiz bir yerdə qida kağızını səririk, zeytun yağı ilə yağlayırıq. Proşuttonu, üzərinə göbələkli-şabalıdlı qarışımı tökürük. Əti qoyuruq və kağızın köməyilə baton konfet kimi bükürük. Batonun qulaqlarını elə bururuq ki, ruletimiz sərt və eyni möhkəmlikdə olsun. Növbəti axşamadək soyuducuda saxlayırıq.

Qonaqların gəlməsinə bir saat qala əti soyuducudan çıxardırıq, donu açılmış xəmirə bükürük, xəmirin uclarını çimdiklə bağlayırıq və bağladığımız yer alta düşəcək şəkildə bişirmə kağızına qoyuruq. Üzərinə yumurta sarısı çəkirik, iri duz səpirik - 40 dəqiqəlik 220˚С qızdırılmış sobaya qoyuruq. Qızarana qədər bişiririk. Çıxardırıq, 5-10 dəqiqə soyuduruq və dilimlərə ayırırıq.

Bu mal ətinin yanına qarnir olaraq mən bişmiş tərəvəzlər verdim - qara və narıncı kök, şirin kartof, qırmızı soğan, sarımsaq - tərəvəzləri yuyuruq, doğrayırıq (sarımsaqdan başqa), duzlayıb, istiotlayırıq, zeytun yağı əlavə edib - 1 saatlıq sobaya yerləşdiririk.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.