Çox Dadlı Toyuqlu Dietik Tort - Resept

Çox Dadlı Toyuqlu Dietik Tort - Resept
Dietada olan xanımlar günün istənilən saatında yeyib, sonra vicdan əzabı çəkməyəcəyiniz əla resept təqdim edirik "Toyuqlu tort". Bu maraqlı resepti qonaqlıq süfrələriniz üçün də hazırlaya bilərsiniz.

Tərkibi:

10 ədəd yumurta ağı
2 ədəd yumurta sarısı
1 toyuğun döş əti
200 qr kəsmik
1 ovuc doğranmış göyərti
1 neçə ədəd kahı yarpağı
3 x/q kefir
zövqə görə duz, istiot

Hazırlanması:

Yumurtanın ağlarını sarıları ilə qarışdırın. Hazır kütlədən teflon tavada 3 ədəd sınmayan omlet hazırlayın. Omletlər blinçiki xatırlatmalıdır. Toyuğun sinə ətini qaynadıb, duz və istiot səpin. Əti xırda kub şəkilində doğrayın. Kəsmiklə kefir və doğranmış göyərtini qarışdırın. Qaba öncə omletin birini qoyub, üzərinə kəsmikli qarışımdan sürtün. Üçüncü qat toyuq əti və üzərinə bütöv kahı yarpağı qoyun. Bu qayda ilə digər qatları da təkrarlayın. Əgər tortun daha həcmli olmağını istəyirsinizsə, omletləri ortadan iki hissəyə bölüb, və ya kiçik tavada bişirib, 6 qatlı da edə bilərsiniz. Sonda tortun üzərinə omlet blinçiki qoyub, bir neçə saatlıq soyuducuya qoyun.

Dadlı, doyumlu ən əsası dietik Toyuq tortu hazırdır.

NUŞ OLSUN!

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.