Şokoladlı, Bananlı isti Kokteyl - Resepti

02 Ekim 2019
1 037
0
Şokoladlı, Bananlı isti Kokteyl - Resepti
Bu bananlı kokteylin hazırlanması cəmi bir neçə dəqiqə çəkir, ona görə də onu hətta səhərlər hazırlamaq olar. Şokolad və banan əhval-ruhiyyənin yüksək qalmasına çox kömək edir, eləcə də, darçın və vanilin xoş ətiri.

Tərkibi:

500 ml süd
1 banan
1 vanil çubuğu
50 qr şokolad
Üyüdülmüş darçın

Hazırlanma qaydası:

Bir qazanda südü isidin. Daha sonra kəsilmiş vanil çubuğunu südün içərisinə qoyub, götürə bilərsiniz. Blenderin və ya çəngəlin köməyi ilə bananı püre halına gətirin. Südü isidərək, üzərinə banan püresini əlavə edin.

Şokoladı sındırın və südə əlavə edib şokolad tamamilə əriyənədək yaxşıca qarışdırın. Kokteyl hazır olduqda ocağın üsütündən götürün və fincanlara tökün. Kokteylin üzərinə darçın səpib, süfrəyə verin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.