Şokoladlı və fındıqlı biscotti

28 Ekim 2019
1 103
0
Şokoladlı və fındıqlı biscotti
5 y/q kərə yağı (75 qram)

1 su st pudra şəkəri (120 qram)

1 ədəd böyük boy yumurta

2 su st un (230 qram)

3 y/q kakao

2 ç/q qabartma tozu (4 qram)

2 ç/q karbonat (4 qram)

1 su st fındıq

yarım çay st damla şokolad



Hazırlanması:


Otaq istiliyində kərə yağını və pudra şəkərini krem kimi olana qədər çırpın. Sonra yumurta əlavə edib qarışdırın.

Un, kakao, karbonat və qabartma tozunu birlikdə əlavə edin.

Yumurta tamamilə qarışdıqda un qarışımının əvvəlcə yarısını əlavə edərək qarışdırın.

Qalan unu xəmiri əlavə edin.


Şokoladlı və fındıqlı biscotti


Fındıqları və şokoladı xəmirə əlavə edin, yavaş-yavaş yoğurun, iki bərabər hissəyə bölün.

Böldüyünüz iki xəmir parçasını istifadə edərək rulet halına gətirin.

Xəfif yağladığınız soba listinə xəmiri yerləşdirin.


180 dərəcə əvvəlcədən isidilmiş sobada 35 dəqiqə qədər bişirin.

Biscottiləri sobadan alın və təxminən 20 dəqiqə soyumağa qoyun. Otaq istiliyinə gələnə qədər dilimləyin, dilimlədiyiniz üzünü yuxarı formada yerləşdirin.

150 dərəcədə sobada 15 dəqiqə yenidən bişirin. Soyuduqda qablara yerləşdirin və istədiyiniz zaman servis edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.