Sağlıqlı və az kalorili şəkərsiz kök topaları - Resept

Sağlıqlı və az kalorili şəkərsiz kök topaları üçün lazım olan ərzaqlar:
2 ədəd rəndələnmiş kök ( 1 su stəkanı ),
1 su stəkanı döyülmüş kaju,
1 su stəkanı Hind qozu,
10 ədəd xurma,
4 yemək qaşığı duru yağ,
1 çay qaşığı darçın,
1 çay qaşığı rəndələnmiş təzə zəncəfil,
1 çay qaşığı vanilin,
Sağlıqlı və az kalorili şəkərsiz kök topalarının hazırlanma qaydası:
Kök, xurma, kaju və hind qozunu ayrı- ayrı mətbəx robotundan keçirin.
Hind qozunu rəndələnmiş də ala bilərsiniz.
Təzə zəncəfili rəndədən keçirdin.
Bütün ərzaqları bir qabın içərisinə alaraq yaxşıca qarışdırın.
Quru olduğunu hiss edərsinizsə bir az yağ əlavə edə bilərsiniz.
Pəhriz edənlər kök topalarından gündə 2 və ya 3 ədəd tükədə bilərlər.
Qarışımı hazırlayarkən içərisinə toz şəkər əlavə etməkdən çəkinin.