Böyürtkənli Cheesecake Resepti

30 Aralık 2019
1 114
0
Böyürtkənli Cheesecake Resepti
Ərzaqlar
1, 5 paket peçenye
75 gr kərəyağı
2 yemək qaşığı süd

Dolqusu üçün:
3 yumurta
1 su stəkanı şəkər
1 su stəkanı krem
400 qr labne pendiri

Sosu üçün:
Böyürtkən sosu

Hazırlanması:
Peçenyeləri xırdalayaraq toz halına salırıq.qarışdırma qabına qoyuruq. Üzərinə südü də əlavə edirik.Kərəyağını əridirik və peçenyelərin üzərinə tökərək qarışdırırıq. Bu qarışımı da tökürük basıb sıxırıq. Dolqusu üçün, yumurtaları qarışdırma qabına qırırıq. Şəkəri tökürük və çırpma qaşığı ilə qarışdırırıq. Kremi, labne pendirini qoyuruq.Qarışdırmağa davam edirik. Peçenyenin üzərinə dolqunu tökürük.əvvəlcədən isidilmiş 180 dərəcəlik sobaya qoyuruq. Cheesecake şişəndə dərəcəni 160-a salırıq. Cheesecake bişəndə sobanı söndürürük və sobanın içində qapağı qapalı şəkildə soyumağa qoyuruq. Soyuyanda sobadan götürüb mümkünsə 1 gecə şkafda gözlədib sosu töküb servis edirik.

Nuş olsun!


Böyürtkənli cheesecake asan hazırlanan şirniyyatdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.