Avropa mətbəxinin məşhur yeməyi- “Kartoflu zrazı” - Resepti

23 Aralık 2019
1 309
0
Avropa mətbəxinin məşhur yeməyi- “Kartoflu zrazı” - Resepti
Zrazı yeməyi -Şərqi Avropa ölkələrinin, əsasən də Polşa, Litva, Latviya kimi ölkələrin məşhur yeməyidir. Ənənəvi olaraq “Zrazı”müxtəlif içliklərlə doldurulan ət yeməyidir. İlk baxışdan kotletə bənzəyir. Lakin ətin içində göbələk və yaxud da yumurta ola bilər. Bu tərifidə isə Feat.Az saytı sizlərə kartofdan hazırlanan “Zrazı”yeməyini təqdim edir.

Lazım olan ərzaqlar:

500 q qiymə (mal ),
5-7 ədəd kartof,
1 ədəd baş soğan,
3 diş sarımsaq,
1 ədəd yumurta,
200-300 q un,
Duz,
İstiot,

Qızartmaq üçün:

Yağ,
Suxarı

Hazırlanma qaydası:

Əvvəlcə püreni hazırlamağa başlayın.
Kartofları qaynadaraq suyunu süzün və püre olana qədər əzin.
Hazırladığınız püreyə duz, istiot, yumurta əlavə edib qarışdırın.
Tamamən bu ərzaqlar qarışıb püre olduqdan sonra yavaş-yavaş un əlavə etməyə başlayın.
Kartofla hazırladığınız xəmir ələ yapışmamalıdır.
Hazır olandan sonra soyumağa qoyun.
Sarımsağı bitki yağında qızardın.
Qiyməni əlavə etdikdən sonra isə duz və istiot vurub hazır olana qədər qızardın.
Azacıq ələ yağ və ya su vurub kotletlərə forma verin.
Kartof xəmirini yastı şəkildə əldə yayıb, ortasına ət qiyməsi əlavə edərək hər tərəfini bağlayın.
Hazır kotletlərin hər tərəfini suxarıya batırın.
Orta atəşdə hər tərəfli qızardın.
Kartoflu zrazılar hazırdır.
Süfrəyə müxtəlif soslarla verə bilərsiniz.

Nuş olsun!
Mənbə:1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.