Tərəvəzli noxud küftəsi - Resept

05 Kasım 2019
889
0
Tərəvəzli noxud küftəsi - Resept
3 nəfərlik,

20 dəqiqədə hazırlanır,

5 dəqiqəyə bişir.
Tərəvəzli noxud küftəsi üçün lazım olan ərzaqlar:
1 kasa bişmiş noxud,
1 ədəd kök.
1/2 ədəd kabak,
1/2 ədəd quru soğan,
3 diş sarımsaq,
5 yarpaq cəfəri,
2 yemək qaşığı tahin,
1/2 ədəd təzə sıxılmış limon suyu,
2 yemək qaşığı çörək qırıntıları (ya da kəpəkli un),
1/4 çay qaşığı duz,
1/4 çay qaşığı istiot,
1/2 şirniyyat qaşığı acı qırmızı pul bibər,
1/4 çay qaşığı cirə,
2 yemək qaşığı duru yağ

Tərəvəzli noxud küftəsinin hazırlanma qaydası:
Noxudları bir gecə əvvəlcədən ısladın və sonra suyunu süzərək qaynar su əlavə edib bişirin.
Kabağı rəndələyib suyunu süzün.
Kökü və quru soğanı rəndələyin.
Noxudu, kökü, kabağı, quru soğanı, sarımsaqları qarışdırın .
Ardından tahini, təzə sıxılmış limon suyunu və ədviyyatları, incə -incə doğranmış cəfərini də əlavə edib yenidən qarışdırın.
Bütün ərzaqları bir qaba alın və çörək qırıntılarını da əlavə edin.
Hazır olduqdan sonra əlinizlə şəkil verərək duru yağda qızardın.
Küftələrinizin qızgın yağda dağılmasını istəmirsinizsə bütün tərəvəzlərin suyunu tamamən çıxartmağa çalışın.
Küftələri qızartmaq yerinə yağlı kağız üzərinə qoyub əvvəlcədən 180 dərəcə qızdırılmış sobada da bişirə bilərsiniz.
Yanında süzmə qatıq və kahı qoyaraq isti halda servis edin.
Bəzi soslarla da servis edə bilərsiniz.

Nuş olsun!
Mənbə:1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.