Almalı-darçınlı qış parfesi resepti

Almalı-darçınlı qış parfesi resepti
Tərkibi:
2 ədəd böyük və ya 3 ədəd orta ölçüdə alma
1.5 paket kakaolu peçenye
2 su stəkanı süd
2 paket krem şanti
3 yemək qaşığı şəkər
1 çay qaşığı darçın
1 ovuc təmizlənmiş fındıq

Hazırlanması:

Almalar soyulub kvadrat şəkildə doğranılaraq qazana qoyulur.
Üzərinə 3 yemək qaşığı şəkər tozu və 1 çay qaşığı darçını əlavə edib almalar yumuşalanadək aşağı temperaturda bişirilir.
Bişdikdən sonra bir kənara soyumağa qoyun.
Bir qabda 2 stəkan süd il 2 qutu krem şanti qatılaşana qədər qarışdırılır.
İçinə 1,5 paket peçenye ovularaq xırdalanır. 1 ovuc fındıq xırdalanaraq əlavə olunur.
Tamamilə soyuyan almalar da əlavə edilib yaxşıca qarışdırılır.
Bir qəlibin içinə streç sərilir, qarışım bu qəlibin içinə boşaldılır.
Üzəri tamamilə düzləndirilir soyuducuya donmağa qoyulur. 1.5 saat sonra donanda çıxarılıb dilimlənərək servis edilir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.