"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept

"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept
Lazım olacaq ərzaqlar:
Buğda unu 150q
Yumurta ağı 8 ədəd
Yumurta sarısı 6 ədəd
Şəkər 150q
Şəkər pudrası 3 x.q.

Hazırlanması:
Sobanı 180 dərəcəyə qədər isidin. Yumurta ağını 50q şəkərlə mikserlə çalın (orta sürət), havalı ağ qarışıq alınana qədər. Başqa qabda yumurta sarısını 100q şəkərlə çalın. Qarışıq ağ rəng alana qədər çalın. Unu ələkdən keçirdin. Yumurta sarısı olan qarışığa unun yarısını əlavə edin. Sona yumurta ağı qarışığının 1/3 hissəsini əlavə edin. Qarışdırın və qalan yumurta ağlarını iki dəfəyə əlavə edin. Siniyə kağız düzün. Qənnadi torba ilə peçenyeləri düzün. Üzərinə şəkər pudrası tökün. 10 dəqiqə belə saxlayın. Və 12-15 dəqiqə sobada bişirin. Soyudun.

Nuş olsun!
Mənbə:chef_culinary_az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.