“Kivi” Çizkeyki Resepti

“Kivi” Çizkeyki Resepti
Lazım olacaq ərzaqlar:
Peçenye 200q
Kərə yağı 100q

Krem üçün:
Krem pendir 400q
Yağlı qaymaq 33% 350ml
Şəkər pudrası 150q
Vanil şəkər 1 paket
Limon şirəsi 1 ədəd
Jelatin 10q Kivi layı
Kivi 1 kilo
Şəkər pudrası 200q
Jelatin 20q

Hazırlanması:

Peçenyeni xırdalayın, əridilmiş kərə yağı əlavə edin və qarışdırın. 24 sm dairəvi formaya perqament kağızı yerləşdirin. Peçenyedən alt qat düzəldin. Qaymağı vanil və şəkər pudrası ilə çalın krem olana qədər. Jelatini üzərindəki qayda üzrə hazırlayın. Krem pendirə limon şirəsi və jelatin əlavə edin, qarışdırın. Sonra qaymağı əlavə edib yenə qarıçdırın. Bu qarışığı alt qatın üzərinə tökün. Bir kəsanı plyonkaya bükün və krem pendirli qarışığın üzərinə yerləşdirib üstündən basın. Soyuducuda 2 saat saxlayın. Sonra kəsanı və plyonkanı çıxardın. Kivini təmizləyib blenderdən keçirdin. Şəkər əlavə edib asta od üzərinə yerləşdirin. Şəkər həll olunana qədər bişirin. 20q jelatini üzərindəki qayda üzrə hazırlayın və kivili qarışığa əlavə edin. Qarışıq biraz soyuduqdan sonra onu ağ krem üzərinə tökün.

Nuş olsun!
Mənbə:chef_culinary_az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.