Bananlı-şokoladlı çizkeyk-braun resepti

03 Aralık 2019
927
0
Bananlı-şokoladlı çizkeyk-braun resepti
Tərkibi:
3 yumurta
150 qram şokolad
80 qram kərə yağı
1 xörək q. kakao
3 xörək q. şəkər
100 qram kəsmik
1 ədəd banan
3 xörək q. un

Hazırlanması:

Şokolad və kərə yağını su vannasında qaynayana qədər əridin.
Kakaonu una qatın.
2 yumurtanı 2 xörək q. şəkər ilə ağaranadək çalın.
Üzərinə un və şokoladlı qarışığı əlavə edin və qarışdırın.
Alt qat xəmiri hazırdır.
Bananın qabığını təmizləyin və ona kəsmik, 1 yumurta, 1 xörək q. şəkər qatıb, yaxşı qarışdırın.
Soba qabını yağlayın.
Şokoladlı xəmiri qaba tökün.
Üstünə kəsmikli-bananlı kütləni əlavə edin.
Çəngəl ilə üstündəki kütləni qarışdırın ki, bişəndə qəşəng forma alsın.
Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.