Almalı darçınlı müffin resepti

05 Aralık 2019
866
0
Almalı darçınlı müffin resepti
Tərkibi:
2 yumurta,
3\4 stəkan şəkər,
1 stəkan süd,
1\2 stəkan duru yağ,
2 stəkan un,
1 paket qabartma tozu,
1\2 çay qaşığı darçın,
3 böyük alma,

Hazırlanması:
Almaları yuyub qabığını soymadan ikiyə bölün.
Içlərini təmizləyib çox incə şəkildə yarım ay formasında doğrayın.
Üzərini keçəcək qədər isti su töküb yumşalana qədər bişirin.
Suyunu süzüb soyuq sudan keçirdin.
Keks üçün yumurtaları və şəkəri krem qatılığına gələnə qədər çırpın.
Südü və yağı da əlavə edib çırpmağa davam edin.
Unu yavaş-yavaş əlavə edib çırpmağa davam edin.
Qabartma tozu və darçını əlavə edib hamar bir xəmir alana qədər çırpın.
Müffin qəliblərinin içərisinə müffin kağızları yerləşdirin.
Keks xəmirini qəliblərin yarısına qədər yerləşdirin.
Gül şəklində bəzək üçün alma dilimlərindən birini alıb rulon şəklində bükün.
Başqa bir dilim alıb ilk rulonun ətrafına sarıyın.
Bu işləri müffin qəlibinizin üzərini örtəcək böyüklüyündə bir gül əldə edənə qədər davam edin.
Gül tamamlanınca qəlibin ortasına yerləşdirin.
Bütün alma dilimlərini eyni şəkildə hazırlayıb qəliblərə yerləşdirin.
Müffinləri əvvəlcədən 170 dərəcə qızdırılmış fırında xəmirlər qızarana qədər bişirin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.