Şaxta baba papağı resepti
Tərkibi (15 ədəd):
225 q kərə yağı
2,5-3 st. şəkər tozu
1 ç.q. vanil
4 yumurta
180 q un
70 q kakao tozu
0,5 ç.q. duz
0,5 ç.q. soda (sirkə və ya limon şirəsində söndürülmüş)
180 q südlü və ya tünd şokolad
14-16 ədəd çiyələk
50 q qaymaqlı pendir
Hazırlanması:
Ləyəndə quru ərzağı - şəkər tozu, vanil, un, duz, söndürülmüş sodanı qarışdırın.
Başqa ləyəndə mikserlə yağ və şəkər tozunu çalın.
Quru ərzaq qarışığını buraya əlavə edin, eynicinsli kütlə alınanadək çalın.
Çalmağı dayandırmadan bir-bir yumurtaları qatın, sonra kakao tozunu tökün.
Şokoladı xırdalayın (damla şokolad da olar), xəmirə əlavə edib taxta qaşıqla qarışdırın.
Brauni üçün düzbucaqlı forma hazırlayın: perqament döşəyin, yaxud kərə yağı çəkin.
Xəmiri içinə töküb 175 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Soyudun.
Hazır braunidən forma və ya qədəhin köməyi ilə dairələr kəsin.
Pirojnaların üst hissəsinə qaymaqlı pendir çəkin. Üstünə çiyələk qoyun. Onun da ucuna qaymaqlı pendirdən "qotaz" qoyun. Çiyələk "laxlamasın" deyə oturacağını bıçaqla kəsib hamarlaya bilərsiniz.
Nuş olsun!